Qız üstündə QANLI DAVA: öldürüb qamışlığa atdılar

Qız üstündə QANLI DAVA: öldürüb qamışlığa atdılar
09:33 29 İyun 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində qətl törədilib.

Hadisə 76-cı məhəllədə yerləşən avtomobil təmiri sexinin yaxınlığındakı qamışlıq ərazidə baş verib. Şəxsiyyəti hələlik tam məlum olmayan şəxs Astara sakini, 23 yaşlı Taleh Babazadəni bıçaqlayaraq öldürüb.

Bildirilir ki, T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində iş aparılır.

Faktla bağlı cinayət işi açılıb. (lent.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/204265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR