FHN Masallıdakı ağır yol qəzası barədə məlumat yayıb

FHN Masallıdakı ağır yol qəzası barədə məlumat yayıb
09:43 29 İyun 2017
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi Masallı rayonunda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Sərçuvar kəndində “Mercedes” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlunun və avtomobildə olan 1 nəfər sərnişinin 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızının sıxılmış vəziyyətdə qalmış cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 06:30-da başa çatıb.​


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2771475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR