Naməlum şəxslər avtomobillə prezidentin iqamətgahına girməyə çalışıblar - Braziliyada

Naməlum şəxslər avtomobillə prezidentin iqamətgahına girməyə çalışıblar - Braziliyada
09:47 29 İyun 2017
25 Dünya
Ölkə mətbuatı
A- A+

Naməlum şəxslər avtomobillə Braziliya prezidentinin respublika paytaxtında yerləşən rəsmi iqamətgahına - Alvorada Sarayına daxil olmağa çalışıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, şahidlər atəş səsləri eşidiblər. Hazırda bina hərbi polis tərəfindən əhatəyə alınıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir. Lakin dövlət başçısı hücum zamanı binada olmayıb. Hələ martın 2-dən prezidentin Alvorada Sarayında yaşamaqdan imtina etdiyi məlum olub.

Onda "Globo" xəbər verib ki, Braziliya prezidenti hesab edir ki, malikanə çox böyükdür və ev təsiri bağışlamır. Sonralar siyasətçi "Veja"ya müsahibəsində iqamətgahdan imtinasının səbəbini açıqlayıb və zarafatla ehtimal edib ki, orada "kabus məskən sala bilər".  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/558405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR