"Reyncers"in futbolçusu rəsmən "Qəbələ"də

"Reyncers"in futbolçusu rəsmən "Qəbələ"də
09:57 29 İyun 2017
40 İdman
Ölkə mətbuatı
A- A+

2017/18 mövsümünə hazırlığı Avstriyada davam etdirən “Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb. 


Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçi Endryu Uilyam Hallidey "Qlazqo Reyncers"dən 1 illik icarəyə götürülüb.


Endi Hallidey kimi tanınan futbolçu 1991-ci il oktyabrın 31-də anadan olub. 26 yaşlı şotlandiyalı “Ross Kaunti”, “Reyncers” və “Livinqston” klublarının yeniyetmə komandalarında çıxış edib. Peşəkar karyerasına 2008-ci ildə başlayan Hallidey Şotlandiyada “Livinqston” (2008-2010), İngiltərədə “Midlsbro” (2010-2015), icarə əsasında “Uolsoll” (2011-2012), “Blekpul” (2014) və “Bredford” (2014-2015) klublarında çıxış edib. 2015-ci ildə “Reyncers”ə keçən orta sahə oyunçusu son iki mövsümdə bu komandanın formasını geyinib.


Qeyd edək ki, "Qəbələ" bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz və hollandiyalı Dion Malonenin transferini gerçəkləşdirib.  


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotreyncersquotin-futbolcusu-rsmn-quotqblquotd-t58973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR