"İnter"in səfər sınağı

"İnter"in səfər sınağı
09:57 29 İyun 2017
39 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasında yeni mövsümə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan klubları üçün yeni mövsüm məhz bu gün start götürəcək.

Yerli azarkeşlərin diqqəti ilk olaraq "Zirə"nin matçına, ardınca isə "İnter"in oyununa yönələcək. Birincilərdən fərqli olaraq, Zaur Svanadzenin komandasının artıq Avrokubok təcrübəsi var.
 
Düzdü, ciddi problemlərə qarşı-qarşıya qalsa da, hər halda keçmiş "bankirlər"in turu keçmək şansları heç də möcüzəyə bərabər deyil.
 
"İnter" Serbiyada sərfəli nəticəyə imza atmağa çalışacaq. Rəqib "Mladost"un 65 yaşı olsa da, ciddi bir uğuru yoxdu. Luçani təmsilçisi 2014-cü ildə yenidən yüksək liqaya qayıdıb. Əvvəlki iki mövsümdə 7-ci və 9-cu pillələri tutan komanda ötən mövsüm 4-cü yerə sahib çıxaraq, ilk dəfə avrokuboklara vəsiqə əldə edib.
 
Bununla belə, Serbiya futbolunun gücünü və tarixini nəzərə alsaq, "İnter"i asan görüşün gözləmədiyini təxmin etmək olar. Üstəlik, Zaur Svanadzenin komandası transfer qadağası ilə əlaqədar olaraq, heyətinə yeni futbolçu qata bilməyib.
 
Əvəzində "Qarabağ"a keçən Abbas Hüseynov və karyerasını bitirən Zurab Xizanişvili Avropa Liqasında "İnter"ə kömək etməyəcək.
 
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
29 iyun
 
22:30. "Mladost" (Luçani, Serbiya) - "İnter" (Bakı, Azərbaycan)

Baş hakim: Aleksey Matyunin
Baş hakimin köməkçiləri: Anton Kobzev, Aleksey Lunyov
Dördüncü hakim: Yevgeni Turbin (hamısı Rusiya)
Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya)
UEFA nümayəndəsi: Paolo Rondelli (San-Marino)
Luçani. "Mladost" stadionu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/558393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR