Rianna milyarder Həsənlə nişanlanacaq? - FOTO

Rianna milyarder Həsənlə nişanlanacaq? - FOTO
09:57 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

Məşhur amerikalı müğənni Riannanın yeni sevgilisinin kimliyi bəlli olub. O, Yaponiyanın "Toyota" korporasiyasının Səudiyyə Ərəbistanındakı dileri Əbdül Lətif əl Cəmilin oğlu Həsən Cəmildir.

Əl Cəmil ailəsi Səudiyyə Ərəbistanında "Cəmil Liqası" adlı futbol liqasının da sahibidir.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, "Saudi Toyota"nın vitse-prezidenti olan Həsən Cəmil 1,5 milyard dollarlıq varidat sahibidir.

Rianna ilə Həsənin nişanlanacağı gözlənilir.

Həsənin babası, Əbdül Lətif Cəmil ailə biznesinə 1955-ci ildə başlamışdı. O, "Toyota"nın Səudiyyə Ərəbistanında satışları ilə bağlı eksklüziv hüquqları əldə edəndən sonra 4 avtomobil satın almışdı. O vaxtlar "Toyota" Səudiyyə Ərəbistanında məşhur brend deyildi.

İndisə Ciddədə "Bab Rizq Cameel" kompleksinə malik Cəmil ailəsi 7 ölkəyə avtomobil satır.

2016-cı ildə Həsən Cəmil supermodel Naomi Kempbell ilə sevgili idi. Onlar Londondakı "Summer Time" festivalına da birlikdə qatılmışdılar.

Riannanın rəfiqələrinin dediklərinə görə, o, Həsən Cəmili çox sevir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/558391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR