“Azərişıq”: Siyəzəndə 41 min abunəçinin elektrik enerjisi təchizatı yaxşılaşdırılıb

“Azərişıq”: Siyəzəndə 41 min abunəçinin elektrik enerjisi təchizatı yaxşılaşdırılıb
10:02 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ “Siyəzən rayonunun mərkəzi, 1 qəsəbə, 37 kəndi özündə birləşdirən, 41 min nəfər əhaliyə xidmət edən Siyəzən Elektrik Şəbəkəsinin inzibati ərazisində istehlakçıların fasiləsiz, dayanaqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yenidənqurma və əsaslı təmir-tikinti işləri davam etdirilir”. 
Bunu “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum rayon ərazisində 60 ədəd yeni komplekt transformator məntəqəsi quraşdırıb: “Rayonun 8 kəndində 0,4 kV-luq şəbəkələr yenidən qurulub və istismara verilib, digər kəndlərdə yenidənqurma işləri sürətlə davam etdirilir. Hazırda rayon mərkəzində 1 ədəd yeni 35 kV-luq yarımstansiya inşa edilir. Son iki ildə rayon ərazisində 0,4 kV-luq şəbəkənin yenidən qurulması məqsədi ilə 4.510 ədəd dayaq basdırılıb və 93.8 km ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) xətti çəkilib. Həmçinin 6-10 kV-luq şəbəkənin mövcud vəziyyətini yaxşılaşdırmaq və yenidənqurma məqsədi ilə 40 km naqil çəkilməklə 1.142 ədəd 10 kV-luq dayaq yenilənib”.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerisiq-siyezende-41-min-abunecinin-elektrik-enerjisi-techizati-yaxsilasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR