"Komandanı gücləndirmək əvəzinə ayaqda qalaraq dözürük" - Svanadze

"Komandanı gücləndirmək əvəzinə ayaqda qalaraq dözürük"   - Svanadze
10:07 29 İyun 2017
36 İdman
Ölkə mətbuatı
A- A+

"Uzun yol gəldikdən sonra Luçanodayıq. Oyuna hazırlığımız uzun müddət davam edib. Nələrə qadir olduğumuz sabah bilinəcək".


"Report"un məlumatına görə, bunu Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Serbiyada "Mladost"la keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib. 


Gürcüstanlı mütəxəssis layiqincə çıxış edərək, rəqibə ciddi müqavimət göstərəcəklərinə ümidvar olduğunu bildirib: "Meydanda çox ağır mübarizə gedəcək. Qarşıda cavab görüşü də var. Qənaətbəxş oyun göstərəcəyimizə və növbəti mərhələyə vəsiqə verəcək nəticə göstəcərimizə ümidvaram".


Z.Svanadze məlum səbəblərdən transfer edə bilməyən öz komandasından fərqli olaraq, rəqibin bir neçə futbolçu ilə gücləndiyini vurğulayıb: "Bilirik ki, yaxşı komandanız, yaxşı futbolçularınız var. Üstəlik, bir neçə oyunçu ilə güclənmisiniz. Biz isə ardıcıl ikinci "pəncərə"dir ki, transferlər həyata keçirə bilmirik. Bilmirsinizsə, deyim ki, UEFA klubumuzu ötən mövsüm diskvalifikasiya da etmişdi. Komandanı gücləndirmək əvəzinə biz ayaqda qalaraq dözürük. Ümidvaram ki, yanvaradək dözəcək və sonrasına baxacağıq".


Təcrübəli baş məşqçinin fikrincə, "Mladost"un heyətində "İnter"ə təhlükə yarada biləcək yaxşı oyunçular var. Lakin Z.Svanadze onların adlarını açıqlamaq istəmədiyini əlavə edib.


Qeyd edək ki, iyunun 29-da "Luçani" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Oyun "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkomandan-guclndirmk-vzin-ayaqda-qalaraq-dozurukquot-t58975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR