Gənc Tamaşaçılar Teatrı Belarusda keçiriləcək festivalda iştirak edəcək

Gənc Tamaşaçılar Teatrı Belarusda keçiriləcək festivalda iştirak edəcək
10:22 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti beynəlxalq festivalda iştirak edəcək.  
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyun ayının 27-dən-iyulun 3-dək kollektiv Belarusun Mogilyovsk vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edəcək.
Festivalda Azərbaycanı Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil olunacaq.
Festival Belarusun Mədəniyyət Nazirliyi, Belarus Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi, Bobruysk Şəhər İcra Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir. Bu ilki festival Bobruysk şəhərinin 630 illiyi və 2017-ci ilin “Mədəniyyət paytaxtı” elan edilməsinə həsr olunub.
26 ölkənin teatr kollektivinin iştirak edəcəyi festival çərçivəsində müsabiqələr, şəhərin küçələrində bayram paradı, təntənəli açılış və bağlanış mərasimləri, yaradıcılıq görüşləri və konsertlər keçiriləcək.
Tamaşada Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar artisti Şövqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.



Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/genc-tamasacilar-teatri-belarusda-kecirilecek-festivalda-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR