Azərbaycandakı orta məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik ediləcək

Azərbaycandakı orta məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik ediləcək
10:22 29 İyun 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ "Bir neçə il bundan əvvəl məktəblərdə formativ qiymətləndirmənin ləğvi bürokratik əngəlləri aradan qaldırmış oldu. Çünki formativ qiymət jurnalları vaxtı ilə müəllimlərə baş ağrısı yaradan alət kimi qəbul edilirdi".
"Report" xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bu gün hələ də summativ qiymətləndirmə ilə bağlı bir sıra problem var: "Bu məsələdə valideynlərin və cəmiyyətin istəyi fərqlidir. Təcrübə onu göstərir ki, valideynlər hər zaman övladının yaxşı qiymət almasını istəyir. Hətta övladının 4 əvəzinə 5 alması üçün ən yüksək instansiyalara müraciət edirlər və bundan çəkinmirlər. Lakin onlar bəzən qiymətləndirmənin mahiyyətinin uzaqlaşırlar. Yavaş-yavaş şagirdin qiymət "dava"sından uzaqlaşmaq lazımdır".
O, həmçinin qeyd edib ki, bu yay ərzində məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi nəzərdə tutulur: "Aşağı siniflərdə imtahan yükünü azaltmaq lazımdır. Qiymətləndirmə ilə bağlı şagirdlər arasında rəqabət mühiti yaransa da, onların əməkdaşlığını də təmin etmək lazımdır".

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycandaki-orta-mekteblerde-sagirdlerin-qiymetlendirilmesi-formasina-deyisiklik-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR