Bakı polisi iki keçmiş dövlət məmurunu axtarışa verdi - FOTOLAR

Bakı polisi iki keçmiş dövlət məmurunu axtarışa verdi - FOTOLAR
10:39 29 İyun 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Bakı şəhər Baş Polis İdarəsi keçmiş diplomat Arif Məmmədovu və və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin axtarışa verildiyi ilə bağlı məlumat yayıb.

 

Lent.az-ın xəbərinə görə, bu barədə adıçəkilən qurumun saytında məlumat yerləşdirilib.

 

 

Saytda qeyd olunan məlumata görə, 1964-cü il təvəllüdlü Məmmədov Arif Zahid oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə axtarış elan edilib.

 

 

1981-ci il təvəllüdlü Nağızadə Elnur Qəhrəman oğlu barəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə axtarış elan edilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/278004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR