“Qəbələ”nin sabiq baş məşqçisi: “Premyer Liqadakı ulduz futbolçular mərc oyunlarına alüdə olublar”

“Qəbələ”nin sabiq baş məşqçisi: “Premyer Liqadakı ulduz futbolçular mərc oyunlarına alüdə olublar”
10:52 29 İyun 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ “İngiltərə Premyer Liqasında çıxış edən ulduz futbolçuların 70 faizi mərc oyunlarına alüdə olublar. Bu, ciddi və sosial problemdir. Aşağı dəstədə forma geyinənlər isə alkoqolizmlə mübarizə aparırlar”. “Report”un məlumatına görə, bunu “Qəbələ” komandasının sabiq baş məşqçisi Toni Adams xeyriyyə məqsədilə qələmə aldığı "Sober" ("Ayıq") kitabında yazıb. 
Karyerası ərzində İngiltərə millisinin və London “Arsenal”ının kapitan sarğısını daşıyan 51 yaşlı veteran futbolçusu hesab edir ki, pis vərdişlərə alüdə olanların çoxalması gənc oyunçulara böyük məbləğdə əmək haqlarının verilməsi ilə bağlıdır. O, kitabında gənc futbolçulara tövsiyyələrini çatdırıb: “Mənim qurtuluşum hər şeyi açıb deməyimlə başladı. İçinizdəkiləri söyləməkdən çəkinməyin. “Arsenal”ın paltardəyişmə otağında əyyaş olduğumu etiraf edən zaman inanılmaz dəstək aldım. Son mövsümdə “Qranada”nın baş məşqçisi kimi ardıcıl 7 oyun uduzdum. Amma bu o demək deyil ki, bundan sonra gedib içməli və ya əhvalımı düzəltmək üçün “Ferrari” almalıydım”.
Qeyd edək ki, Toni Adams "Qəbələ" ilə yanaşı, İngiltərənin "Uikomb" və "Portsmut", eləcə də İspaniyanın "Qranada" klublarının baş məşqçi postunda uğursuzluğa düçar olub. O, futbolçu olduğu dönəmdə spirtli içki alüdəçisi olub. Daha sonra isə xeyriyyə məqsədi ilə alkoqolizmlə mübarizə klinikası açıb. Klinikada 76 əməkdaş çalışır. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-nin-sabiq-bas-mesqcisi-premyer-liqada-cixis-eden-ulduz-futbolcular-merc-oyunlarina-alude

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR