Məşhur aktrisa oğlu yaşında gəncə vurulub - FOTO

Məşhur aktrisa oğlu yaşında gəncə vurulub - FOTO
10:52 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

Populyar amerikalı aktrisa, Hollivud ulduzu Keyt Bekinseylin yeni sevgilisi var.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 43 yaşlı aktrisa 21 yaşlı aktyor Mett Rayfa vurulub.

Mett Rayf artıq aktrisanın evində qalır.

Onlar Los-Ancelesdəki "Sherman Oaks Galleria"ya yollanıblar. Reportyorları görən K.Bekinseyl sevgilisini kameralar önündə qucaqlayıb.

K.Bekinseylin rəfiqələrinin dediklərinə görə, aktrisa ötən ilin sonlarında əri Len Uayzmandan boşanandan bəri belə şən görünmürdü.

O da vurğulanır ki, M.Rayf bu münasibətlər vasitəsilə karyerasında irəliləmək istəyir və sadəcə, K.Bekinseyldən vasitə kimi istifadə edir.

K.Bekinseylin ilk əri, aktyor Maykl Şindən 18 yaşlı Lili adlı qızı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR