"Vücudunuz gəncləri yoldan çıxarır" deyib hovuzdan qovdular - FOTO

"Vücudunuz gəncləri yoldan çıxarır" deyib hovuzdan qovdular - FOTO
10:57 29 İyun 2017
131 Maraqlı
Ölkə mətbuatı
A- A+

Amerikalı Tori Cenkins nişanlısı ilə birlikdə hovuza getmişdi. Lakin gənc qız hovuzda üzəndə qəflətən onu çağırıblar.

İctimai hovuzun inzibatçısı "vücudunuz və geyiminiz buradakı gəncləri tovlayır, yoldan çıxarır" deyərək Toridən hovuzu dərhal tərk etməsini istəyib.

Milli.Az NBC-yə istinadən bildirir ki, olay ABŞ-ın Tennnesi ştatındakı Noksvill şəhərində yaşanıb.

Qıza  hovuzdan çıxmağı əmr edən inzibatçı sonra Torini nişanlısı ilə birlikdə ofisə dəvət edib. Ofisdə Torinin bikinidə fotolarını çəkən inzibatçı deyib: "Bunu ona görə edirəm ki, sübut, əşyayi-dəlil olsun, qanunu pozduğumu deyərək şikayətlənməyəsiniz".

Torit Cenkins də evə qayıdaraq elə həmin çimərlik paltarında fotolarını çəkib və Facebook-dakı profilində paylaşaraq "məni bu paltara görə hovuzdan qovdular" yazıb.

"Hovuz yaşadığımız kompleksə məxsusdur və aylıq 1000 dollarlıq kommunal xərclərdən əlavə, ildə 300 dollar hovuza görə pul ödəyirik. Belədirsə, mən niyə hovuzdan qovuluram?! Əxlaqsızlıq etməmişəm, dükanda satılan adi, normal çimərlik geyimində hovuzda olmuşam", - T.Cenkins bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR