"Magistraturaya qəbul olunanların sayı artıb" - Nazir

"Magistraturaya qəbul olunanların sayı artıb" - Nazir
10:59 29 İyun 2017
43 Digər
Ölkə mətbuatı
A- A+

Magistraturaya daxil olan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi qəbul səviyyəsinə öz töhfəsini verib.

 

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti" mövzusunda keçirilən beynəlxalq seminarda deyib.

 

M. Cabbarov qeyd edib ki, bundan sonra magistraturaya qəbul olanların səviyyəsi əhəmiyyətli dərəcədə artıb: "Ötən il magistraturaya qəbul səviyyəsi 4700-dən az idisə, bu il bu rəqəm 6200-dən çoxdur".

 

Təhsili naziri bildirib ki, nazirlik ali təhsil müəssisələrinin tədqiqat innovasiya mərkəzləri kimi inkişaf etməsi istiqamətində müvafiq tədbirlər keçirilməsini dəstəkləyir: "Universitetlərin fəaliyyətlərinin getdikcə beynəlmiləlləşməsi bu prosesdə mühüm amil hesab olunur". Nazir onu da vurğulayıb ki, elmi sahədə piratçılıqla kompleks şəkildə mübarizə aparılmasına ehtiyac qalır. Universitetlərdə aparılan son islahatlara toxunan M.Cabbarovun fikrincə, bu, təhsil sistemində müsbət rol oynayacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/278007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR