Bakıda avtosalonların ŞOK fırıldağı

Bu gün yeni avtomobil almaq istəyən şəxslər banklarda vaxt itirməmək üçün avtosalonların daxili kreditləşməsindən istifadə edir.

Alıcılar avtomobilin dəyərinin müəyyən hissəsini ödəməklə bir neçə saat ərzində avtombil sahibi ola bilirlər. Lakin bu proses əksər avtosalonlarda rəsmi şəkildə baş vermir. Belə ki, məbləğ tam ödənilmədiyi üçün avtomobil sürücünün adına keçirilmir. Sürücü pulu gecikdirən zaman isə avtomobil əlindən alınır. Hətta bəzi məqamlarda ödənilən ilk məbləğ də geri qaytarılmır. Alıcı sonradan heç nəyi sübut belə edə bilmir.

“Bu yolla alqı-satqı hüquqi  cəhətdən çox risklidir və məsləhət görülmür”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı hüquqşunas Asif Abdullayev bildirib. Onun sözlərinə görə, Mülki Məcəllə malın hissə-hissə satılmasını istisna etmir:

“Alıcı və satıcı rəsmi qaydada müqavilə imzalayıb, məbləğin müddət ərzində hissələrlə ödənişini təşkil edə bilər. Bu gün insanların əksəriyyəti qeyd olunan prosedura üz tutur. Bunun isə əsas səbəbi qaydaların olduqca sadə olması və rüsumun alınmamasıdır. Sadə, əlverişli olsun deyə insanlar bu cür risklərə gedir. Lakin məsləhət görülmür. Çünki sonradan onunla bağlı ciddi problemlər yaranır. Pul sübutsuz ödənildiyi üçün maşın satan adam pul verildiyini boynuna almır. Avtosalonların daxili kreditləşməsindən istifadə etmək istəyirsinizsə, yaxşı olardı ki, bu prosedur hüquqi cəhətdən əsaslı qaydada olsun. Yəni, müqavilə imzalansın, ödənilən məbləğ, eləcə də ödəniləcək məbləğin hansı hissələrdən ibarət olması konkret olaraq müqavilədə göstərilsin. Yenə də riskə getmək istəyən adam varsa, ən azından verdiyi pulu təsdiq edən imza atsınlar”.

Dollarla alış-veriş edənavtosalonlara CƏRİMƏ... - 1650 AZN

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR