Məşhur qrupun solisti vəfat etdi - FOTO\VİDEO

Məşhur qrupun solisti vəfat etdi - FOTO\VİDEO
11:18 29 İyun 2017
51 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında, Moskvada “Иванушки” qrupunun sabiq solisti Oleq Yakovlev dünyasını dəyişib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Oleq Yakovlevin sevgilisi Aleksandra Kuçevol instagramda bildirib. Kədərini izləyiciləri ilə paylaşan artist bu sözləri yazıb:

"Bu gün 7:05 saatlarından etibarən həyatımdakı önəmli kişi, mənim mələyim, mənim xoşbəxtliyim daha mənimlə deyil. İndi mən sənsiz necə yaşayacam?"

Xatırladaq ki, iki gün əvvəl 47 yaşlı Yakovlevi kritik vəziyyətdə xəstəxanaya yerləşdiriblər. Oleq ağciyər və pnevmoniya diaqnozu ilə reanimasiya şöbəsinə aparılıb.

Həkimlər onun həyatı uğrunda mübarizə aparıb, lakin təəssüf ki, süni nəfəs aparatına qoşulublar, lakin onu xilas etmək mümkün olmayıb.

Oleq Yakovlevi "Иванушки International" qrupunun solisti olub. O, 15 il bu kollektivdə oxuyub, 2013-ci ildə isə solo karyerasına başladığını elan edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/204283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR