Nazir: "Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialı artırılacaq"

Nazir: "Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialı artırılacaq"
11:22 29 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ "Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialı artırılacaq".
"Report" xəbər verir ki bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qeyri-rəsmi məşğulluq məsələsi tək bir nazirliyin işi deyil: "Müxtəlif orqanlar tərəfindən bu istiqamətdə ümumi tənzimlənmə və koordinasiya məsələlərini ehtiyac olduğunu nəzərə alaraq Prezident İlham Əliyev baş nazirin müavininin başçılığı ilə komissiya yaradıb. Həmin komissiyaya daxil olan orqanlardan biri olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarında tənzimlənmə funksiyasını həyata keçirən orqandır".
Nazirin sözlərinə görə, hazırda proses yekunlaşmaq üzrədir: "Komissiyanın katibliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yerləşir. Artıq müvafiq qurumların təklifləri nəzərə alınıb. Tədbirlər planı bütün əmək sferasında mövcud olan əmək münasibətlərini, onların tənzimlənməsi və koordinasiyasının bütün məsələləri əhatə edib. Həmin tədbirlər planı içərisində əmək müfəttişliyinin potensialının artırılması müddəaları da qoyulub. Əmək müfəttişliyinin hansı istiqamətdə gücləndirilməsi, hansı çalarların burada öz əksini tapması çox vacib məsələlərdir".

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/nazir-dovlet-emek-mufettisliyi-xidmetinin-potensiali-artirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR