"Zirə" Avropada "siftə" edir - YENİLƏNİR

"Zirə" Avropada "siftə" edir -   YENİLƏNİR
11:47 29 İyun 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan klubları üçün yeni avrokubok mövsümü start götürəcək. Fanat.Az xəbər verir ki, ilk olaraq mübarizəyə Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək “Zirə” qoşulacaq.

 

Saat 21:00-dan etibarən azərbaycanlı futbolsevərlərin diqqəti “Dalğa Arena”ya yönələcək. Çempionatda 4-cü yeri tutan və bunun sayəsində Avropa Liqasına yolu açılan “Zirə” avrokuboklarda debüt matçına çıxacaq.

 

Əslində, paytaxt təmsilçisi ötən mövsümdə də Avroliqaya vəsiqə qazanmışdı. Amma həmin vaxt klubun fəaliyyət müddəti 3 ili əhatə etmədiyindən, Azərbaycan çempionatının “gümüş”ünü təmin edən komanda avrokuboklara buraxılmamışdı. Bu mənada, bakılılar üçün sabahkı oyun böyük önəm kəsb edir.

 

“Zirə” debüt matçındaca azarkeşləri sevindirmək niyyətindədi. Lüksemburq təmsilçisi, o qədər də güclü olmayan “Differdanj” önündə bu missiyanın yerinə yetiriləcəyi isə real görünür.

 

Ayxan Abbasovun komandası yay fasiləsində heyətdə bəzi dəyişikliklərə əl atıb. Belə ki, “qartallar” Migel Lorenzo, Tural Cəlilov, Nurlan Novruzov, Yamin Ağakərimzadə, Elvin Məmmədov, Cavid Tağıyev, Amadu Ben Sanqar və Akim Latifu kimi futbolçularla yolları ayırıb.

 

Əvəzində isə komandaya yeni oyunçular – Nicat Qurbanov, Orxan Əliyev, Rəşad Sadiqov, David Manqa, Kervens Belfort, Jozef Bum və Qabriel Matey cəlb edilib.

 

Bu dəyişikliklərin “Zirə”yə necə təsir etdiyini “Differdanj”la matçlar göstərəcək.

 

Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyun


29 iyun

21.00 Zirə (Azərbaycan) - Differdanj (Lüksemburq)

Hakimlər: Daniyar Saxi, Yuri Tixonyuk, Alibek Aubakirov, Marat İskakov (hamısı Qazaxıstan).

Hakim-inspektor: İqor Satki (Moldova).

UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə).

Bakı. “Dalğa Arena”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotzirquot-avropada-quotsiftquot-edir-t58978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR