"Qəbələ"nin istədiyi hollandiyalı klubundan ayrılır

"Qəbələ"nin istədiyi hollandiyalı klubundan ayrılır
11:52 29 İyun 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin maraq dairəsində olan Deyv Bulteysin karyerasını Azərbaycanda davam etdirmək şansı getdikcə artır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Nürnberq" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır.

"Altax"ın sol cinah oyunçusu Lukas Jageri transfer etməyə çalışan II Bundesliqa təmsilçisi Bulteysi komandada saxlamaqda maraqlı deyil. Belə ki, rəhbərlik futbolçunun başa çatmaqda olan müqaviləsini yeniləməmək qərarına gəlib. Bu isə o deməkdi ki, hollandiyalı müdafiəçi iyulun 1-dən etibarən azad agent statusuna malik olacaq.
 
Onu heyətinə havayı cəlb etmək imkanı qazanan "Qəbələ" 27 yaşlı oyunçu ilə danışıqları intensivləşdirib. Deyv özü də Almaniya mediasına açıqlamasında "qırmızı-qaralar"la danışıqlar apardığını təsdiqləyib. Almaniyalı həmkarlarımız "Qəbələ"nin son iki mövsümdə Avropa Liqasının qrup mərhələsinə qədər irəliləməsinin və yenidən avrokuboklarda iştirakının onun qərarında həlledici rol oynayacağını düşünürlər.
 
"Qəbələ" klubundan da danışıqların davam etdiyi təsdiqlənib. Lakin tərəflər hələlik müqavilənin şərtlərində ortaq məxrəcə gələ bilməyiblər.
 
Qeyd edək ki, "Nürnberq"ə 2014-cü ildə 510 min avro müqabilində "Utrext"dən transfer olunan Deyv Bulteys ötən mövsüm II Bundesliqada 23 matçda iştirak edib, 1 qol və 1 məhsuldar ötürməyə imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/558441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR