Azərbaycanlı müğənni avtomobilini satıb velosiped aldı - VİDEO - FOTO

Azərbaycanlı müğənni avtomobilini satıb velosiped aldı - VİDEO - FOTO
11:57 29 İyun 2017
34 Şou
Ölkə mətbuatı
A- A+

ARB Ulduz-un "Şou məkan" verilişinin növbəti qonağı əməkdar artist Zaur Əmiraslanov olub.

Milli.Az xəbər verir ki, artıq velosipedi ilə yollarda tez-tez qarşımıza çıxan müğənni Zaur Əmiraslanov indi heç bir maneə olmadan üzvü olduğu klubun tərkibində aktiv fəaliyyət göstərir:

"Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində klub yaranıb. Mənim üçün şərəfdir ki, onların sıralarındayam. Əvvəl velosiped sürənlərə yolda heç kim hörmət etmirdi. Biz onların gözünün düşməniydik. İndi isə DYP əməkdaşları da bizə hörmətlə yanaşırlar. Mənim ilk velosipedim 1150 manat idi. Bu, artıq 2000 manatdır. Getdikcə velosiped yaxşı mənada xəstəliyə çevrilir".

Ötən il avtomobilini satıb velosipedə keçən müğənni hazırda da işlərinin əksəriyyətini məhz iki təkərlə həll edir:

"Mən keçən il avtomobilimi satmaq qərarına gəldim. Çünki çətin satılan avtomobil idi. Qaldım avtomobilsiz. Yaxşı dostlara - klubun əməkdaşlarına rast gəldim. Onlar məni məcbur etdilər ki, velosiped alım. Aldım və yay boyu bütün işlərimi onunla həll etdim. Bəhanə axtarırdım evdən çıxmağa ki, kaş nəsə tapşırsınlar gedib velosipedlə alım".

Zaur Əmiraslanov məclisə gedərkən geyimlərini necə seçdiyindən danışıb.

"Bu geyimi geyinirsən, çantanı çiyninə atırsan, çatdığın məkanda dəyişdirirsən. Məclisə səhnə geyimində çıxırsan, ifa edirsən".

Həzm olunmaz bir müğənni olduğunu söyləyən ifaçı onu müzakirə obyektinə çevirənlərə də iki sözün arası ismarış göndərməyi unutmadı.

"Velosipedlə toya getmirəm. Mən restorana, işlədiyim məkanlara gedirəm. Çalışıram ki, toya avtomobillə gedim. Çünki indi yaxşı ifaya yox, yaxşı avtomobilə qiymət verirlər. Məni həzm eləmək çox çətindir, bir insan kimi də, bir ifaçı kimi də. Çünki mən qeyri-adiliyi sevmişəm. Mənə başqalarının fikri maraqlı deyil. Məni müzakirə edən insanların özlərinin çox böyük problemləri var".

Həmkarlarının qara işlərini onların ağ üzünə vuran Zaur bəzi sənət yoldaşlarının ona pislik etməyə çalışdığını etiraf edib:

"Mənə maksimum nə pislik edə bilərlər? Kimsə hansısa el şənliyi üçün onlardan mənim nömrəmi istəsə, deyə bilərlər ki, yoxdur. Və ya deyə bilərlər ki, Zaur Bakıda deyil. Palaza bürün, elnən sürün. Onlar şou-biznesin tozlu palazına bürünüblər. Orada bilirsiz ki, nəfəs yollarına ziyanlı maddələr var. Ona görə də mənin şou-biznesdəkilərlə dostluğum yoxdur. Mən onların çoxunu insan kimi çox istəyirəm. Bəzilərini isə, ümumiyyətlə, istəmirəm. İnsan kimi çox istədiklərimin ancaq insanlıqları var. Sənət mənim üçün göstərici deyil. Ancaq o birilərin nə insanlıqları, nə də sənətləri var".

Həmkarlarının sosial şəbəkələr üçün idmanla məşğul olduğunu söyləyən müğənni bəzi ifaçıların nə sənətdə, nə də idmanda əzmkarlıqlarının olmadığı dilə gətirdi.

"Şou-biznes aləmində insanların 90 faizi idmana ona görə gedirlər ki, orda selfi edib İnstaqram-da paylaşsınlar ki, mən idmana gedirəm. Döyərəm sizi. Bu, bir həftəlikdir. Velosiped də bir həftəlikdir. İnsanda bir "hırs" olmalıdır. Tərslik olmalıdır. Onlarda nə idmanda, nə də sənətdə "hırs" var".

Son olaraq isə Zaur Əmiraslanov daimi başağrısı yaşamamaları üçün bəzi həmkarlarına, xüsusilə onu yarı yolda qoyan şəxsə səsləndi.

"Öz hərəkətlərinizə, sözlərinizə, əməllərinizə fikir verin. Çünki başağrısı var müvəqqəti, başağrısı var həmişəlik. O insan da artıq palaza bürünüb. Məni sevməyən yoxdur. Sadəcə, məni gözü götürməyənlər var. Mən heç kimə pislik etməmişəm. Bəlkə, mən hansısa xüsusiyyətlərə görə üstünəm deyə belə edirlər".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Müğənnilər ona görə idmana gedir ki, sizi döyərəm" - Zaur od püsgürdü


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/558446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR