Alimlərə əlavə ödənişlərin verilməsi ilə bağlı XƏBƏR

Alimlərə əlavə ödənişlərin verilməsi ilə bağlı XƏBƏR
11:57 29 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Alimin işinə görə əlavə ödənişlərin verilməsi lazımdır.

Milli.Az Trend-ə istnadən xəbər verir ki, bunu ki, Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, institularda, universitetlərdə alimin hansısa təklifindən çıxış gəlir əldə olunursa, onun bir hissəsi alimə və AMEA-nın elmi tədqiqat insututlarına verilməlidir: "Dövlət tərəfindən müəyyənləşdirilən ştat vahidi var. Olur ki, kimsə işləyir, digəri isə onun hesabına yaşayır. Hər bir alimin işinə görə əlavə ödənişlər verilməlidir. Hesab edirəm ki, Azərbaycanın gələcək iqtisadiyyatının elm əsasında qurulması istiqamətində nə qədər tez addım atılsa, o qədər çox qazanc əldə oluna bilər".

S.Novruzov bu gün bəzi tələbələrin elm ardınca deyil, diplom ardınca getdiyini də söyləyib: "Fikirləşirlər ki, diplom alıb gedim. Lakin düşünmürlər ki, savadlı olmaq lazımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/558448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR