"Övladlarımla ilk dəfə görüşəcəyim üçün çox sevinirəm"

"Övladlarımla ilk dəfə görüşəcəyim üçün çox sevinirəm"
12:05 29 İyun 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

"Real" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Konfederasiyalar Kubokunda 3-cü yer uğrunda keçiriləcək oyunda iştirak etməyəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçuya yenicə dünyaya gələn övladlarını görmək imkanı yaradılıb.

"2 övladımın dünyaya gəldiyini bilə-bilə bütünlüklə milli komandanın oyunlarına köklənmişdim. Təəssüf ki, əsas məqsədimizə nail olmadıq. Amma Portuqaliya xalqını sevindirməkdə davam edəcəyik. Portuqaliya Futbol Federasiyası və baş məşqçimizin bu gün mənə etdiyi jesti unutmayacam. Övladlarımla ilk dəfə görüşəcəyim üçün çox sevinirəm", - Ronaldu sosial şəbəkədə yazıb.

İyunun əvvəlində surroqat ananın Ronalduya Mateo və Eva adlı uşaqlar dünyaya gətirdiyi barədə xəbərlər yayılmışdı. Futbolçunun ilk övladı da məhz bu yolla dünyaya gəlmişdi. Hazırda onun 6 yaşı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/558444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR