"İnter"in Serbiya sınağı - YENİLƏNİR

"İnter"in Serbiya sınağı -   YENİLƏNİR
12:07 29 İyun 2017
39 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasında yeni mövsümə start veriləcək. Fanat.Az xəbər verir ki, azərbaycanlı azarkeşlərin diqqəti ilk olaraq “Zirə”nin, ardınca isə “İnter”in oyununa yönələcək.

 

Birincilərdən fərqli, Zaur Svanadzenin komandasının artıq avrokubok təcrübəsi var. Düzdü, ciddi problemlərlə qarşı-qarşıya qalsa da, hər halda keçmiş “bankirlər”in turu keçmək şansları heç də möcüzəyə bərabər deyil.

 

“İnter” Serbiyada sərfəli nəticəyə imza atmağa çalışacaq. Rəqib “Mladost”un 65 yaşı olsa da, ciddi bir uğuru yoxdu. Luçani təmsilçisi 2014-cü ildə yenidən yüksək liqaya qayıdıb. Əvvəlki iki mövsümdə 7-ci və 9-cu pillələri tutan komanda ötən mövsüm 4-cü yerə sahib çıxaraq, ilk dəfə avrokuboklara vəsiqə əldə edib.

 

Bununla belə, Serbiya futbolunun gücünü və tarixini nəzərə alsaq, “İnter”i asan görüşün gözləmədiyini təxmin etmək olar. Üstəlik, Zaur Svanadzenin komandası transfer qadağası ilə əlaqədar olaraq, heyətinə yeni futbolçu qata bilməyib.

 

Əvəzində “Qarabağ”a keçən Abbas Hüseynov və karyerasını bitirən Zurab Xizanişvili Avropa Liqasında “İnter”ə kömək etməyəcək.

 

Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyunlar


29 iyun

22.30 Mladost (Serbiya) - İnter (Azərbaycan)

Hakimlər: Aleksey Matyunin, Anton Kobzev, Aleksey Lunyov, Yevgeni Turbin (Rusiya).

Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya).

UEFA nümayəndəsi: Paolo Rondelli (San Marino).

Luçani. “Mladost” stadionu.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnterquotin-serbiya-sna-t58979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR