Bakıda baş vermiş qəza yol təsərrüfatına ziyan vurub

Bakıda baş vermiş qəza yol təsərrüfatına ziyan vurub
12:17 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda, Ziya Bünyadov prospektində baş verən qəza zamanı ilkin hesablamalara görə yol təsərrüfatına 1250 manat ziyan dəyib.
"Report" bu barədə "Azəravtoyol" ASC-yə istinadən xəbər verir.
Məlumatda deyilir ki, hələlik markası məlum olmayan avtonəqliyyat vasitəsi Ziya Bünyadov prospekti ilə 20 yanvar dairəsi istiqamətində hərəkətdə olarkən Atatürk prospekti ilə kəsişmədə yerləşən yol ötürücüsünün kənarına çırpılıb. Nəticədə körpünün giriş hissəsinin bir hissəsi və üzlük daşları, mərmər lövhə, həmçinin 5 paqon-metr dəmir mühəccərləri dağılıb.
Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib. Hazırda hadisəni törədən sürücünün kimliyi müəyyənləşdirilir.



Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-bas-vermis-qeza-yol-teserrufatina-ziyan-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR