Rumıniyanın Azərbaycandakı səfirliyi bir sıra konsulluq xidmətlərini dayandırdı

Rumıniyanın Azərbaycandakı səfirliyi bir sıra konsulluq xidmətlərini dayandırdı
12:17 29 İyun 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Rumıniyanın Azərbaycandakı səfirliyi viza və təcili səyahət sənədləri verilməsi istisna olmaqla, konsulluq xidmətlərini müvəqqəti dayandırıb.

Milli.Az xəbər verir ki, Rumıniyanın Azərbaycandakı səfirliyindən report-a verilən məlumata görə, bu məhdudiyyət 3 iyul tarixindən 11 avqust 2017-ci il tarixinədək keçərli olacaq.

Məlumata görə, bütün digər konsulluq xidmətləri üçün (vətəndaşlıq, vətəndaşlıq vəziyyəti haqqında sənədlər, notarial sənədlər, Rumıniyadan sənədlərin alınması və pasportlar) vətəndaşlar Rumıniyanın Gürcüstandakı səfirliyinə və ya bu ölkənin İstanbuldakı baş konsulluğuna müraciət etməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/558455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR