Azərbaycan gömrükçüləri avtomobildən 8 ədəd mobil telefon aşkar edib

Azərbaycan gömrükçüləri avtomobildən 8 ədəd mobil telefon aşkar edib
12:22 29 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Məlumata görə, Yoxlama zamanı avtomobilin ön oturacaqlarının altında düzəldilən xüsusi saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 2 ədəd "Samsung Galaxy Grand prime", 3 ədəd "Samsung Galaxy J3 ", 1 ədəd "Samsung Galaxy S7", 1 ədəd "Samsung X play", 1 ədəd "H9" markalı mobil telefonlar, müxtəlif adda telefonlara aid qutular, 17 ədəd qidalandırıcı başlıq, 17 ədəd USB kabel, 10 ədəd adapter aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-gomrukculeri-avtomobilden-8-eded-mobil-telefon-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR