İlham Əliyev Türkmənistan prezidentini təbrik etdi

İlham Əliyev Türkmənistan prezidentini təbrik etdi
12:23 29 İyun 2017
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham ƏliyevTürkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun 60 illik yubileyi münasibətilə ona təbrik mesajı göndərib.

Türkmənistan prezidentinin rəsmi saytı xəbər verir ki, məktubda Azərbaycan və Türkmənistan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olduğu deyilir.

"Ümumi mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsi ilə iki ölkə arasında dövlətlərarası dialoqun birgə səylərimiz nəticəsində daha da inkişaf edəcəyinə və güclənəcəyinə inanıram", - məktubda deyilir.

İ.Əliyev Q.Berdıməhəmmədova möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Türkmənistan xalqına isə sülh və əminamanlıq diləyib. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/204298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR