Azərbaycanlı modelin olduğu yaxta aşdı - MEYİTİ TAPILMIR - FOTO

Azərbaycanlı modelin olduğu yaxta aşdı - MEYİTİ TAPILMIR - FOTO
13:32 29 İyun 2017
87 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda gənc model, gözəllik müsabiqələrindən birinin iştirakçılarından olan Günel Mirzəyeva vəfat edib.

Axşam.az-ın "1news.az"a istinadən məlumatına görə, bu haqda Günelin yaxın dostu xəbər verib.

O bildirib ki, Günel dənizdə boğulub:

"Hadisə "vəhşi" çimərlikdə baş verib. O, dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas ola bilib, bu isə yox. Onun cəsədi hələ də tapılmayıb. Axtarışlar davam edir.

Günlərdir ağlayırıq. Hələ də düşünürük ki, sən sağsan və bizimlə zarafat etmək istəmisən".

Günelin ölümü ilə bağlı rəsmi orqanlara heç bir məlumat daxil olmayıb.  

Qeyd edək ki, Günel son vaxtlar xeyriyyə işləri ilə məşğul olurmuş.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/558488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR