Doğmadığı uşaqlarına məktublar yazır - FOTO

Doğmadığı uşaqlarına məktublar yazır - FOTO
13:42 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Əziz övladlarım! Yenə sizə yazıram. Son dəfə siz 6 və 8 yaşlarınızda olanda belə etiraflar etmişdim. İki səhifə alındı məktubum. Sevgi və heyrət dolu oldu. Sizinlə paylaşmaq, bölüşmək istədiyim hisslər barədədir. İndi 20 yaşınız var. Bəziləri deyəcəklər ki, bu məktublar zəiflik əlamətidir. Belə deyil. Ümid edirəm ki, məni anlayacaqsınız.

Ən əsası odur ki, mənə "Ana!" deməyinizi eşitmək istəyirəm. Çünki övladlarımsınız, balalarımsınız. Sizi çox sevirəm. Amma anlayıram ki, heç zaman görüşə bilməyəcəyik. Hər halda bu həyatda".

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu sətirlər britaniyalı yazıçı Tessa Brodun "Adapted from Dear You: A Letter To My Unborn Children" ("Əzizim sən üçün uyğunlaşdırılıb: doğulmamış övladlarıma məktublar") kitabındadır.

Kitab Tessanın xəyalındakı övladlarına yazdığı və hər səhər poçta yollanaraq özünə, evinə ünvanladığı məktublardan ibarətdir.

Tessa Brodun 30 yaşı olanda müayinə zamanı ona yumurtalıqların polikistozu sindromu diaqnozu qoyulmuşdu. Çoxsaylı müalicə prosedurlarına və kurslara rəğmən, Tessa ana olmaq imkanından məhrumdur.

O, artıq 20 ildir ki, doğmadığı, dünyaya gətirmədiyi övladlarına məktub yazır.

Tessa xəyallarında iki övladın - Lili adlı qızın və Edvard adlı oğulun anasıdır.

"Hər qadın kimi, mən də ana olmaq istəyirdim. Lakin ana olmadan menopauzaya çatdığımı anlayanda səhərədək ağladım, hönkürdüm. İndi sizin ilk işiniz, ilk eviniz olardı. Daha sonra evlənərdiniz, ailə qurardınız və mən də nənə olardım. Olmadı, olmadım. Amma sizi çox sevirəm və həmişə sizi düşünürəm", - Tessa Brod məktublarından birində yazıb.

Tessa Brodun əri illər əvvəl ondan ayrılıb. O, başqa qadınla evlənib və indi üç övlad atasıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/558397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR