SOCAR Ukraynada təbii qaz ticarəti üçün lisenziya alıb

SOCAR Ukraynada təbii qaz ticarəti üçün lisenziya alıb
13:52 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

Ukraynanın energetika və kommunal xidmətlər üzrə milli komissiyası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Ukraina" Ticarət evi" MMC-yə və Ukraynanın "Qaztron-Ukraina" MMC-yə bu ölkə ərazisində təbii qaz tədarükü üzrə təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu qərar iyun ayının 29-u qəbul edilib.

Qeyd edək ki, SOCAR Ukraynada "SOCAR Energy Ukraine" şirkəti ilə təmsil olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/558503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR