Xızıda inzibati binada yanğın

Xızı rayonunda inzibati binada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a  verilən məlumata görə, Xızı rayonu, Yeni Yaşma kəndində ümumi sahəsi 1684 m2 olan üçmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində yardımçı otağın içərisinə yığılmış karton və kağız tullantıları 8 m2 sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakıd silahlı şəxs yaxalandı - DİN


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR