19 yaşlı qız ərini güllələdi: Yutuba görə... - FOTOLAR

19 yaşlı qız ərini güllələdi: Yutuba görə... - FOTOLAR
14:08 29 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Minnesota ştatında 19 yaşlı Monaliza Perez adlı qadın Yutubda izləyici toplamaq üçün dəhşətli cinayət törədib.

Publika.az xəbər verir ki, qadın canlı yayımda əri Pedro Ruzizi güllə ilə vurub. Təxminən 30 santimetr məsafədən açılan güllə oğlanın sinəsinə dəyib. Güllənin qarşısını almaq üçün sinəsinə qalın bir kitab tutan Pedro hadisə nəticəsində həyatını itirib.

Cinayəti 3 yaşlı qızları da daxil olmaqla, 30 nəfərdən çox insan izləyib.

Polis tərəfindən saxlanılan Monaliza bu fikrin Pedroya aid olduğunu iddia edib. Tviter hesabında bunu sübut edən paylaşımı dəlil olaraq irəli sürsə də, qadına bəraət verilməyib.

Qadının ikinci uşağa hamilə olduğu bildirilir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/204296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR