Sabiq Səudiyyə vəliəhdinin saraydan çıxışına qadağa qoyuldu

Sabiq Səudiyyə vəliəhdinin saraydan çıxışına qadağa qoyuldu
14:22 29 İyun 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

"The New York Times" qəzeti Səudiyyə Ərəbistanı Krallığının sabiq vəliəhdi və keçmiş daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun sarayından çıxmasına icazə verilmədiyini yazıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb Məhəmməd bin Nayifin yeni vəliəhd Məhəmməd bin Salmana qarşı olan müxalif qüvvələrin başına keçmək istəməsidir.

Səudiyyə rəsmiləri isə bir müddət əvvəl vəzifəsindən azad edilən sabiq nazirin Ciddədəki sarayından çıxmasına izn verilməməsi ilə bağlı yayılan xəbərləri təsdiq etmirlər.

Qeyd edək ki, Məhəmməd bin Nayifin yerinə Səudiyyə Ərəbistanı kralı Salmanın oğlu Məhəmməd bin Salman təyin edilib.

Xarici mənbələr sabiq vəliəhdlə indiki vəliəhd arasında böyük bir rəqabət olduğunu iddia edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/558498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR