Daşkəsəndə kustar üsulla silah hazırlayan 76 yaşlı kişi saxlanıldı

Daşkəsəndə kustar üsulla silah hazırlayan 76 yaşlı kişi saxlanıldı
14:27 29 İyun 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən rayonunda 76 yaşlı kişi kustar üsulla qanunsuz silah hazırladığına görə saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, rayonun Yoxarı Daşkəsən qəsəbə sakini, 1941-ci il təvəllüdlü Bakir Qulu oğlu Verdiyevin yaşadığı evdə kustar üsulla tapança və onun üçün nəzərdə tutulan patronlar hazırladığı müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hazırladığı silah və patronlar götürülüb. 

Hazırda Kustar üsulla hazırlanmış silahın hər hansısa bir cinayətdə istifadə edilib edilmədiyi və B.Verdiyevin silahı hansı məqsədlə hazırladığını müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/558497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR