Rusiya və Çindən ABŞ-a qarşı BİRGƏ PLAN

Rusiya və Çindən ABŞ-a qarşı BİRGƏ PLAN
14:33 29 İyun 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya və Çin ABŞ-ın təsirini zəiflətməyə çalışır”.

Publika.az “Assoşieyted Press” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin (RUMO) başçısı Stüart Vinsentin məruzəsində deyilir.

“Moskva və Pekin ABŞ-ın dünyadakı təsirini zəiflətmək üçün ümumi marağlara malikdir. Onlar bunun üçün fəal əməkdaşlıq edirlər. Ölkələr arasında hərbi əməkdaşlıq iqtisadi əlqələr kimi yavaş-yavaş genişlənir”, - sənəddə bildirilir.

Sənəddə qeyd edilir ki, Rusiya Moskvanın Çinin “kiçik partnyor” olması ehtimalından narahatdır.

“Bəziləri şübhələnməyə davam edirlər ki, uzunmüddətli perspektivdə Çin yenidən Rusiya üçün hərbi təhlükə olacaq”, - məruzədə deyilir.

Sənəd gələn həftə dərc edilməlidir. Amma o “Assoşieyted Press”in əlinə keçib. “Rusiyanın hərbi gücü” adlanan məruzə son 20 il ərzində RUMO-nun məxfilikdən çıxardığı ilk sənəddir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/204312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR