Bakıdakı bu restoranda musiqiyə görə əlavə 32 manat alındı - FOTO

Bakıdakı bu restoranda musiqiyə görə əlavə 32 manat alındı - FOTO
14:37 29 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Görədil qəsəbəsində yerləşən "Abşeron Marina" restoranında müştərilər aldadılırlar.

Milli.Az xəbər verir ki, bu haqda azxeber.com-a həmin restorana müştəri kimi gedən Tural Əliyev adlı vətəndaş deyib. 
 
Onun dediyinə görə, restoranda səslənən musiqiyə görə onlardan 32 manat əlavə pul alınıb: "Biz ailəlikcə "Abşeron Marina" restoranına getdik. Hesabı istəyəndə isə hamımız şoka düşdük. Hesabımıza əlavə 32 manat yazılmışdı, buna səbəb isə orada səslənən musiqi idi".
 
Şikayətçi deyir ki, onlar musiqi səslənən ərazidən kənarda oturmalarına baxmayaraq pul verməyə məcbur olublar: "Mən bu günə qədər belə halla qarşılaşmamışdım. Bizə dedilər ki, xoşunuz gəlmir, daha bura gəlməyin, bizdə belədir. Yəni, 8 nəfər olduğumuza görə musiqiyə 32 manat verdik. Anlamıram ki, musiqi yeməli bir şeydir ki, onu da menyuya əlavə edirlər?"
 
Müştəri deyib ki, onlardan servis haqqı da 19 manat 14 qəpik alıblar: "Biz 20 manat servis haqqı verdik, əslində, bu da mübahisəli məsələdir. Ancaq biz bunu veririksə, daha musiqi pulu niyə alırlar? Orada oxuyan müğənni heç günə 50 manat almır, onun pulunu mən niyə verməliyəm? Mən musiqi istəmirəm. Sizin sayt vasitəsi ilə hər kəsə müraciət edirəm ki, bunu bilsinlər və onlar aldanmasınlar".

Şikayətçi qəbzi də təqdim edib:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/558517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR