SOCAR-ın xəsarət alan əməkdaşlarından XƏBƏR VAR

SOCAR-ın xəsarət alan əməkdaşlarından XƏBƏR VAR
14:42 29 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin iyunun 28-də seysmik kəşfiyyat işləri apararkən xəsarət alan əməkdaşlarının müalicə olunması üçün bütün zəruri olan tibbi xidmətlər göstərilir.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən özəl olaraq Trend-ə verilən məlumata görə, ümumilikdə Kliniki Tibbi Mərkəzə hadisə nəticəsində xəsarət alan 5 nəfər daxil olub. Xəstələrin 1-i reanimasiya, 2-si travmatologiya, 2-si isə neyrotravmatologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, iyunun 28-də saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Arya 141" qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirərək 34 saylı meydançanın ayağına toxunub. Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/558520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR