Gənc Tamaşaçılar Teatrında “Çipollino” tamaşasının premyerası olub

Gənc Tamaşaçılar Teatrında “Çipollino” tamaşasının premyerası olub
14:52 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası nümayiş etdirilib. 
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, beynəlxalq layihə çərçivəsində hazırlanan “Çipollino” tamaşası görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gəlib. 
Bu mövsüm ərzində təqdim olunan 5-ci uşaq tamaşasıdır. 
Səhnə əsərinin quruluşçu rejissoru Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova, səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu əməkdar artist Nicat Kazımov, rejissor assistenti Günay Qasımovadır.
Yeni tamaşada rolları Səbinə Məmmədova, Xəyalə Meydanova, Aygün Fətullayeva, Mehriban Abdullayeva, Hüsniyyə Əhmədova, Zülfiyyə Alhüseynova, Venera Abbasova, Təhminə Məmmədova, Mehriban Hüseynova, Gülbəniz Mustafayeva, Zümrüd Quliyeva, Nuranə Hüseynova, İlham Əsədov, Aydın Dəmirov, Anar Seyfullayev, Elgün Yəhyayev, Elşən Şıxəliyev, Ramil Məmmədov, Anar Səfiyev, Vahid Orucoğlu, Ramiq Nəsirov, Eyvaz İbrahimov, Müşfiq Əliyev, Yusif Dadaşov, Natiq Fərzəliyev ifa ediblər.
Bütün personajları meyvə və tərəvəzlərdən ibarət olan rəngarəng tamaşanın əsas qəhrəmanı cəsarətli, qorxmaz və ağıllı Çipollino qəddar şahzadə Limonun, zalım senyor Pomidorun və lovğa Albalı qrafinyalarının hakimiyyətindən xilas olmaqda ölkə sakinlərinə yardım edir.




Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/genc-tamasacilar-teatrinda-cipollino-tamasasinin-premyerasi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR