Maykl Ceksonun ölümündən əvvəl yazdığı məktublar tapılıb

Maykl Ceksonun ölümündən əvvəl yazdığı məktublar tapılıb
15:07 29 İyun 2017
97 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ Məşhur pop ulduz Maykl Ceksonun ölümündən bir həftə əvvəl yazdığı məktublar tapılıb. 
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalist Daphne Baraka bildirib.
Onun sözlərinə görə, müğənni həmin məktubları yaxın dostu Maykl Cakobshacena yazıb. M.Cekson məktublarında öldürülməkdən qorxduğunu qeyd edib. 
O, məktublarından birində yazıb: "Sistem sahib olduqlarıma görə məni öldürmək istəyir". Digərində isə bildirib: "Üzərimdə çox təzyiq var. Özümü pis hiss edirəm. Həyatımdan narahatam. Sabah Cozefə zəng et". 
M.Cekson məktublarını əl yazısı ilə yazılıb. 
Qeyd edək ki, M.Cekson 2009-cu ilin iyununda şəxsi həkimi Konrad Murrayın nəzarəti altında olarkən ölüb. Bundan sonra həkimə qarşı ehtiyatsızlıqdan adam öldürməyə görə ilə 4 il həbs cəzası verilib.




Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/maykl-ceksonun-olumunden-evvel-yazdigi-mektublar-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR