Sabunçu RİH başçısının müavini və RİH-in baş mühasibi vəzifəsindən azad olunub

Sabunçu RİH başçısının müavini və RİH-in baş mühasibi vəzifəsindən azad olunub
15:12 29 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Arzu Məmmədova və icra hakimiyyətinin sektor müdiri – RİH-in baş mühasibi Gülnarə Bağırova vəzifəsindən azad edilib.
"Report"un xəbərinə görə, işdən çıxarılan vəzifəli şəxslərin yerlərinə hələ ki, təyinat olmayıb. Sektor müdiri – RİH-in baş mühasibi vəzifəsini Ceyhun Abbasov əvəz edir.
Qeyd edək ki, A.Məmmədova icra hakimiyyətinin başçısı müavini vəzifəsinə 2014-cü ildə təyin olunub. O, bu vəzifəyə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/sabuncu-ri-h-bascisinin-muavini-ve-ri-h-in-bas-muhasibi-vezifesinden-azad-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR