"Xəzri" rəqs ansamblı hesabat konsertini təqdim edib

"Xəzri" rəqs ansamblı hesabat konsertini təqdim edib
15:12 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

İyunun 28-də Nizami Kino Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin "Xəzri" rəqs ansamblı hesabat konsertini təqdim edib. Milli.Az bildirir ki, konsert Ramazan bayramına həsr olunub.

Aparıcı Humay Muxtarova konsert proqramını açıq elan edərək, bütün qonaqları Ramazan bayramı münasibətilə təbrik edib.

Konsertdə Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin direktoru Hacı Əliyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin məsləhətçisi Vüsal Həsənov, mədəniyyət evlərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Konsert proqramında rəqs ansamblının ifasında Azərbaycan rəqsləri ilə yanaşı, dünya xalqlarının rəqsləri də nümayiş olunub. Tanınmış müğənnilər Niyam Salami, Elza Seyidcahan, Orxan Babazadə, Yaşar Cəlilov, Rəsmiyyə Seyidcahan, Nuray Məhərov, Səbinə Əsgərova, Könül Şıxəliyeva,Dua Murad, Anar Rəhimli və C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin şagirdi, "22.Türk Dünyası Çocuk Şöleni" Səs yarışmasında III yerin qalibi Emin Məmmədovun ifasında səslənən mahnılar tədbir iştrakçıları tərəfindən alqışlarla qarşılanıb.

Həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetinin "Legend" rəqs qrupu bir-birindən maraqlı rəqslər nümayiş etdiriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/558514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR