2017/2018 mövsümü üçün Almaniya Bundesliqasının təqvimi açıqlanıb

2017/2018 mövsümü üçün Almaniya Bundesliqasının təqvimi açıqlanıb
15:17 29 İyun 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ 2017/2018 mövsümü üçün futbol üzrə Almaniya Bundesliqasının təqvimi açıqlanıb. “Report”un yarışın rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni mövsümə avqustun 18-də keçiriləcək “Bavariya” – “Bayer” matçı ilə start veriləcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ayntraxt” isə avqustun 19-da “Frayburq”un qonağı olacaq.
Qeyd edək ki, yeni mövsümdə Bundesliqanın son çempionu “Bavariya” ilə Dortmund “Borussiya”sının ilk dueli 3 – 5 noyabrda keçiriləcək XI tura təsadüf edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/2017-2018-movsumu-ucun-almaniya-bundesliqasinin-teqvimi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR