Bakıda yüksək vəzifəli məmur işdən çıxarıldı

Bakıda yüksək vəzifəli məmur işdən çıxarıldı
15:17 29 İyun 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Arzu Məmmədova və icra hakimiyyətinin sektor müdiri - RİH-in baş mühasibi Gülnarə Bağırova vəzifəsindən azad edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, işdən çıxarılan vəzifəli şəxslərin yerlərinə hələ ki, təyinat olmayıb. Sektor müdiri - RİH-in baş mühasibi vəzifəsini Ceyhun Abbasov əvəz edir.

Qeyd edək ki, A.Məmmədova icra hakimiyyətinin başçısı müavini vəzifəsinə 2014-cü ildə təyin olunub. O, bu vəzifəyə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/558535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR