Çinlilər BUNU DA ETDİ: Ayda...

Çinlilər BUNU DA ETDİ: Ayda...
15:18 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

Çinli alimlər “Ayın özəlləşdirilməsi” proqramı çərçivəsində hazırladıqları bir neçə maraqlı layihəni təqdim ediblər.

Publika.az xəbər verir ki, bu layihələrin ən maraqlısı isə “Ayın mini ekosistemi”nin yaradılmasıdır. Çuntsin Universitetinin alimlərinin bu layihəsinə əsasən Ayın səthində qurulacaq mini-fermalarda kartof əkiminə başlanılacaq.

Layihənin baş dizayneri Se Hensin qeyd edir ki, sistemin çalışması üçün avadanlıqlar 2018-ci ilin əvvəlinədək Aya çatırılmalıdır. İçərisində kartof toxumları olan “Mini ekosistem” Ayın səthinə yerləşdiriləcək.

Alimlərin əsəs məqsədi Ayda kartofun yetişib-yetişməyəcəyini öyrənməkdir. Onlar düşünürlər ki, bu layihə uğurla tamamlansa, artıq Marsa üz tutmaq imkanı qazanacaqlar.

“Ayın özəlləşdirilməsi” proqramı çərçivəsində 28 Univeristetdən qatılan çinli alimlər cəmi 257 layihə təqdim ediblər. Onlar ardıcıl olaraq bütün layihələri reallaşdırmaq üçün çalışırlar.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/204305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR