"İnter"ə qarşı oynamayacaq - "Mladost"da itki

"İnter"ə qarşı oynamayacaq - "Mladost"da itki
15:22 29 İyun 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında I təsnifat mərhələsində bu gün Bakı "İnter"i ilə qarşılaşacaq "Mladost" oyuna itki ilə çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Serbiya klubunun hücumçusu Nikola Zvrko zədə səbəbindən bügünkü görüşü buraxacaq.

Bu barədə məlumatı komandanın baş məşqçisi Nenad Milavanoviç oyun üçün təşkil olunan mətbuat konfrasnında verib. Futbolçunun hazırda bərpa prosesi keçdiyini deyən baş məşqçi onun cavab matçına qədər hazır olacağını bildirib.

Qeyd edək ki, "Mladost" - "İnter" oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/558531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR