DİQQƏT: Bakının bu çimərlikləri çox təhlükəlidir

Havaların isinməsi ilə əlaqədar çimərliyə üz tutanların sayı artıb. Sərinləmək üçün getdiyimiz çimərliklər sağlamlığımıza ziyan vura bilər. Bəs, hansı çimərliklərə getməli, hansılardan uzaq durmalıyıq?

“Monitorinqin nəticələrinə əsasən çimmək qadağan edilən çimərliklər siyahısına Qaradağ rayonunun Sahil qəsəbəsindəki çimərlik və Şıx çimərlikləri düşüb”.

Bunu Metbuat.az-a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib: “Səbail rayonunun Şıx çimərliyi ərazisi, eyni zamanda Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Bu çimərliklərdə vətəndaşlara çimməməyi məsləhət görürük. Çünki bu ərazilərdə çirkab sularının təmizləmə qurğuları olmadığına görə, bu sular birbaşa dənizə axıdılır. Nəticədə isə həmin ərazilərdə çimmək insan səhhəti üçün təhlükə yaradır”.

Ziyəddin Kazımov əlavə edib ki, Sabunçu, Suraxanı, Binəqədi və Xəzər rayonu ərazisindəki çimərliklərdən vətəndaşlarımız rahatlıqla istifadə edə bilər. “Həmin çimərliklərdə hər 15 gündən bir dəniz suyunun labarator nümunələrini götürürük. İlkin müayinələrin nəticələri ilə götürdüyümüz müayinələrin nəticələri üst-üstə düşür. Vətəndaşların həmin çimərliklərdə çimməsi məqsədəuyğun hesab edilir”.

Aysel Yaqubqızı / Metbuat.az

(Su hovuzlarından istifadə qaydaları)

(Özəl çimərliklərdə bir günlük istirahət neçəyə başa gəlir? - VİDEO)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR