"Deyir ki, sənin ağzını-burnunu qıracağam" - Azərbaycan dilində rep yazan türk aktyor - VİDEO - FOTO

"Deyir ki, sənin ağzını-burnunu qıracağam" - Azərbaycan dilində rep yazan türk aktyor - VİDEO - FOTO
16:22 29 İyun 2017
74 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Türk şou-maqazin" verilişinin qonağı olan türkiyəli aktyor Sərhat Kılıç maraqlı açıqlamalar verib.

Milli.Az bildirir ki, o, işlərinin gərgin olmasından bəhs edib:

"İşlərim gözəl və yorğun keçir. Dram çəkmək çətindir. Çünki hər həftə təxmini 100-120 dəqiqə çəkirik. Yəni hər həftə demək olar ki, bir film ərsəyə gətiririk. Hər kəs çox yorulur. Əməyimizin qarşılığını izləyicilər verir. Serialımızın Azərbaycanda da izlənilməsi məni sevindirir. Çox bacarıqlı azərbaycanlılarla tanış olmuşam. Rolumu sevirəm. Hətta roluma görə deyirlər ki, səni görsəm, ağzını-burnunu qıracam, səndən nifrət edirəm, amma rolunu bəyənirəm və s".

Daha sonra aktyor Azərbaycan dilini bilməsindən və rep yazmasından danışıb:

"İnternetə girib sizin ata sözlərinizə baxdım. Onları oradan çıxardım və bir neçə saata yazdım. "Youtube"da da yerləşdirmişəm. Azərbaycana heç gələ bilməmişəm. Amma çox istəyirəm. "Söz" serialı bitincə, İnşallah gələcəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/558546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR