Futbol dünyasını şoka salan açılaqma: cadugərə pul verib...

Futbol dünyasını şoka salan açılaqma:   cadugərə pul verib...
16:27 29 İyun 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliyanın üç böyük klubundan "Portu" və "Benfika" arasındakı "O Classico" adı verilən rəqabət fərqli bir səviyyəyə keçib. Fanat.Az xəbər verir ki, "Portu" qarşı tərəfi cadugərlikdə ittiham edib.


Klubun məlumat və əlaqələr şöbəsinin müdiri Françisko J. Markues "Benfika" prezidenti Luiş Filipe Vieyra və Gine-Bissau Milli Polis İdarəsinin müdiri Armando Naqa arasında bir cadu anlaşmasına dair mesajları ələ keçirdiklərini açıqlayıb.


Portuqaliyanın məşhur internet qəzeti "Observador"a açıqlama verən Markues 2015/16 mövsümündə rəqib komandanın prezidenti tərəfindən cadu şəbəkəsinə 75 min avro ödəndiyini iddia edib.


"Observador"nın yayımladığı xəbərdə bildirilir ki, Naqanın Vieyra 2016/17 mövsümü üçün "Bir təxribat hazırlığının üst-üstə dördüncü çempionluğu önləmək üçün gerçəkləşmək üzrə olduğu və bir ödəmə ilə bunun qarşısını daha öncə etdikləri kimi alacaqlarını" bildirir.


Markues iddia edir ki, cadugər-polis Naqa "Benfika" prezidentinə qiymət siyahısı da göndərib. Amma o, "Borussiya Dortmund" - "Benfika" matçının nəticəsinə təsir edə bilməyib. Almanların 4:0 hesablı qələbə qazanmasından sonra Vieyra və Naqa bir-birinə çox sayda mesaj yazıb. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbol-dunyasn-oka-salan-aclaqma-t58986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR