Neftçalada sərnişin avtobusu yanıb

Neftçalada sərnişin avtobusu yanıb
16:27 29 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçala. 29 iyun. REPORT.AZ/ Neftçala rayonunda sərnişin avtobusu yanıb. 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Dördlər kəndi ərazisində qeydə alınıb. 
Belə ki, Salyan-Neftçala avtomobil yolunda hərəkətdə olan sərnişin avtobusu anidən alovlanıb. Avtobusda olan sərnişinlər dərhal təxliyyə ediliblər. Hadisə yerinə Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da avtobus yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.                                       

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/neftcalada-sernisin-avtobusu-yanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR